İnsanlarla işləməyi, HR sahəsində inkişaf etməyi və dinamik iş mühitində təcrübə qazanmağı istəyirsinizsə, komandamıza qoşulmağınızı gözləyirik!
Əsas vəzifə və öhdəliklər:
İşə qəbul və seçim prosesinin təşkilində iştirak etmək;
Namizədlərin CV-lərini nəzərdən keçirmək və ilkin seçim aparmaq;
Müsahibələrin təşkili və namizədlərlə əlaqələndirməni həyata keçirmək;
İşə qəbul, işdən azad olunma və digər kadr prosesləri üzrə sənədləşməni aparmaq;
Əmək müqavilələri və kadr sənədlərinin hazırlanmasında iştirak etmək;
Əməkdaşların şəxsi işlərinin və HR məlumatlarının düzgün şəkildə aparılmasını təmin etmək;
ƏMAS və digər HR sistemlərində məlumatların işlənməsində iştirak etmək;
İşçilərin davamiyyət, məzuniyyət və digər HR məlumatlarını izləmək;
Əməkdaşların müraciətlərini qəbul etmək və HR məsələləri üzrə dəstək göstərmək;
Şirkətin daxili intizam və HR prosedurlarının icrasına dəstək olmaq.
Vakansiya üzrə tələblər:
Müəyyən sahədə azı 6 ay təcrübə;
Bəy namizədlər;
ƏMAS platformasında sərbəst şəkildə istifadə etmə bacarığı;
İşgüzar və məsuliyyətli olmalı;
Problemləri həll etmə bacarığı;
İş Şəraiti:
Əmək haqqı: Bazar rəqabətinə uyğun
İş qrafiki: 09:00–18:00
İstirahət günləri: Şənbə və Bazar
Ünvan: Yusif Vəzir Çəmənzəminli küç. 14
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə kiçik mütəxəssis" qeyd edərək göndərmələri xahiş
Son müraciət tarixi: 16.10.2026