İş haqqında məlumat:
Yaradıcılığını müasir dizayn və tikinti layihələri ilə birləşdirərək fərqli məkanlara öz imzasını atmaq istəyən peşəkar dizaynerləri komandamıza dəvət edirik!Vəzifə öhdəlikləri:Müxtəlif üslublarda interyer və eksteryer 3D dizayn görünüşlərinin hazırlanması;Müxtəlif təyinatlı obyektlərin interyer və eksteryer layihələrinin hazırlanması;Məkanın dizayn ideyasının konsepsiyasından təfərrüatlı dizayn mərhələsinə qədər işlənib hazırlanması;Verilmiş təlimat və məlumatlar əsasında dizayn işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi;Müasir dizayn trendlərinin izlənilməsi və layihələrə uyğun şəkildə tətbiq edilməsi;Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;Rəhbərlik tərəfindən verilən dizayn tapşırıqlarının vaxtında və keyfiyyətlə təhvil verilməsi;Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək;Adobe After Effects və Adobe Premiere Pro proqramlarında işləmə bacarığı üstünlükdür;3D animasiya videolarının, Motion Design çarxlarının və video montaj işlərinin hazırlanması üstünlükdür.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil;Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;Vakansiya üzrə əsas üstünlük interyer dizayn sahəsində ixtisaslaşmış namizədlərə veriləcək;Tikinti şirkətində dizayn sahəsində iş təcrübəsi üstünlükdür;AutoCAD, ArchiCAD, 3ds Max, V-Ray, Corona və digər müvafiq proqramlarda işləmə bacarığı;Əllə eskiz çəkmək bacarığı arzuolunandır;İngilis və rus dillərini bilmək arzuolunandır;Kreativlik və yüksək estetik zövq;Sürətli və keyfiyyətli işləmək bacarığı;Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;Tapşırıqları vaxtında yerinə yetirmək;Müstəqil və komanda şəklində işləmək bacarığı.İş şəraiti:İş qrafiki: 09:00 – 18:00Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcəkƏmək müqaviləsi: Rəsmi əmək müqaviləsiNahar: Şirkət tərəfindən təmin olunur
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 22/09/2026