İş şəraiti
Ünvan: Sumqayıt şəhəri
İş qrafiki: Növbəli
Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Əsas vəzifələr:
İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək və yoxlamalar aparmaq;
İstehsal prosesində yaranan qüsurları vaxtında aşkar etmək və qeydə almaq;
Hazır məhsul və pəstahların müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq;
Ölçü vasitələrindən istifadə etməklə məhsulların ölçü və texniki göstəricilərini yoxlamaq;
İstehsal olunan pəstahların uçotunu və hesabatını aparmaq;
Keyfiyyət yoxlamalarının nəticələrini sənədləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
Müəssisədə tətbiq olunan standart, texniki şərt və normativ sənədlərlə işləmək;
Əritmə və istehsal sahələri ilə koordinasiyalı şəkildə keyfiyyətə nəzarəti həyata keçirmək.
Namizədə tələblər:
Metallurgiya ixtisası üzrə ali təhsil;
Metallurgiya sahəsində, xüsusilə əritmə sahəsində iş təcrübəsi;
Məhsulların keyfiyyətinin yoxlanılması və qüsurların aşkar edilməsi bacarığı;
Standartlar və texniki sənədlərlə işləmək bacarığı;
Ölçü vasitələrindən düzgün istifadə etmək bacarığı;
İstehsal və pəstah uçotunun aparılması üzrə bilik və bacarıqlar;
Hesabatların hazırlanması və sənədləşdirmə bacarığı;
Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq.
İşə qəbul zamanı üstünlük veriləcək:
Metallurgiya zavodunda Keyfiyyətə Nəzarət, Texniki Nəzarət və ya İstehsalat sahəsində iş təcrübəsi;
Əritmə prosesləri və metallurgiya texnologiyası üzrə praktiki biliklər;
Keyfiyyət standartları və texniki normativ sənədlər üzrə təcrübə
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 11.10.2026