Vəzifənin məqsədi
Şirkətin brendlərinin inkişafına və dəstəklənməsinə töhfə vermək, marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, brend kommunikasiyalarının vahid konsepsiyaya və müəyyən edilmiş standartlara uyğun icrasını təmin etmək.
İşin təsviri
Brend və strategiya
Brend strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak
Brendin vahid mövqeləndirilməsinin və vizual imicinin qorunması
Brandbook və brend qaydaları ilə işləmək, onların tələblərinə riayət olunmasına nəzarət
Rəqiblərin və bazar tendensiyalarının təhlili
Layihələr üzrə mövqeləndirmə və kommunikasiya konsepsiyalarının hazırlanmasında iştirak
Marketinq layihələri və kampaniyalar
Reklam və imic kampaniyalarının hazırlanmasında iştirak
Kreativ konsepsiya və ideyaların hazırlanması
Dizaynerlər, SMM, digital, PR və event agentlikləri üçün brief və texniki tapşırıqların hazırlanması
Marketinq materiallarının hazırlanması prosesinin koordinasiyası
Materialların keyfiyyətinə, son tarixlərə və təsdiq edilmiş konsepsiyaya uyğunluğuna nəzarət
Kontent və kommunikasiya
Kontent konsepsiyalarının hazırlanmasında iştirak
SMM, digital, outdoor, event və digər kommunikasiya kanalları üçün ideyaların hazırlanması
Dizaynerlərə və xarici podratçılara tapşırıqların verilməsi
Hazırlanmış materialların dərc və ya istehsaldan əvvəl yoxlanılması
Analitika və hesabatlılıq
Rəqiblərin marketinq fəaliyyətinin monitorinqi
Marketinq fəaliyyətlərinin effektivliyinin təhlili
Sadə hesabatların və təqdimatların hazırlanması
Marketinq araşdırmaları və onların nəticələri ilə işləmək
Podratçılarla iş
Marketinq agentlikləri və frilanserlərlə kommunikasiya
Tapşırıqların müəyyən edilməsi və ötürülməsi
Rəylərin və düzəlişlərin toplanması və strukturlaşdırılması
Layihələrin son tarixlərinə nəzarət
Layihələr üzrə statusların aparılması
Tələb olunanlar:
Təhsil: Marketinq, Biznes, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil üstünlükdür
İş təcrübəsi: Marketinq, brendinq və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi
Bacarıqlar:
Brand Management və marketinqin əsas prinsiplərini anlamaq
Yüksək vizual zövq və kreativ düşüncə
Məlumatı strukturlaşdırmaq və sistemləşdirmək bacarığı
PowerPoint / Google Slides proqramlarında işləmək bacarığı
Digital marketinq və SMM üzrə baza bilikləri
Bir neçə tapşırıqla eyni vaxtda işləmək və son tarixlərə riayət etmək bacarığı
Güclü şifahi və yazılı kommunikasiya bacarığı
Dil bacarıqları: Azərbaycan dili - səlis, rus dili - səlis, ingilis dili – üstünlükdür.
İş şərtləri:
İş qrafiki: 09:00–18:00
Məşğulluq növü: Tam ştat / 5 iş günü
İş yeri: Zahid Xəlilov küç.576
Biz təklif edirik
Böyük şirkətinin marketinq komandasında işləmək imkanı
Real layihələrdə və yeni məhsul/brend lansmanlarında iştirak
Brand Management istiqamətində peşəkar inkişaf imkanı
Xarici agentliklər və kreativ komandalarla işləmək imkanı
Böyük marketinq kampaniyalarının hazırlanmasında iştirak
Karyera və peşəkar inkişaf imkanları
Rəqabətli əmək haqqı
Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 09.10.2026