Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir;İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir;Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır; Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir;Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir;Müəssisə, idarə və təşkilatların bölmələrini lazımi cihaz, material və reaktivlərlə təmin edir;Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır;Verilən tapşırıqlara uyğun olaraq məlumatların şərh və məlumat nəşrlərindən, normativ-texniki sənədlər üzrə mənbəyini müəyyən edir;Aparılan eksperiment və tədqiqatlarla bağlı müxtəlif hesablama və qrafik işləri yerinə yetirir;Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən görülən işlərin texniki sənədlərinin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak edir;Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
Tələblər:
Ali ixtisas təhsili;MS Windows, MS Office, 1 C, İnternet və s. biliklər;İşin mövzusuna aid olan rəhbər, normativ və sorğu materiallarını, analiz, sınaq və başqa növ tədqiqatların aparılması üsullarını, texniki sənədlərin işlənib hazırlanmasını, qüvvədə olan standartları, onların rəsmiləşdirilməsi qaydasını bilməli;Laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını və onların istismar qaydalarını bilməli;İqtisadiyyatın, əməyin və istehsalın təşkilinin əsaslarını bilməli;Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
İş rejimi: uzaqdan (remote)
Şirkət: AzərPambıq ASK MMC
Yer: Sabirabad, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azercotton/azercotton-laborant-10280164/apply