İş haqqında məlumat:
Şirkətin öz mağazaları və xüsusi pərakəndə kanalları üzrə kommersiya kampaniyalarını və satış mexanikalarını hazırlamaq;Ticari marketinq promoları, mövsümi kampaniyalar və kateqoriya təşviqlərini hazırlamaq;Mağaza satışlarının artırılması ilə yanaşı topdan müştərilərin kommersiya maraqlarını qorumaq;Topdan və pərakəndə qiymət fərqlərini izləmək, kanal konfliktlərinin qarşısını almaq;Kampaniyaların qiymət, marja və satış nəticələrini analiz etmək;Marka inkişafı və təchizatçı kampaniyalarını retail kanalına uyğunlaşdırmaq;Mağaza kampaniyaları üçün kommersiya tapşırıqlarını hazırlamaq;Pərakəndə İcra və Mağaza İnkişafı komandaları ilə işlərin koordinasiyasını təmin etmək;Satış və marja performansını izləmək, inkişaf istiqamətində təkliflər vermək.Üstünlük veriləcək:İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi;Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı;İngilis dili biliyi;Çoxkanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə;Şəxsi avtomobilin olması.
Tələblər:
Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali təhsil;Pərakəndə, ticari marketinq, kateqoriya marketinqi və ya satış sahəsində minimum 2-3 il iş təcrübəsi;Pərakəndə promoları, paket satış, əlavə satış və qiymət kampaniyaları üzrə praktiki biliklər;Topdan və pərakəndə kanal konfliktləri və retailer marjası üzrə anlayış;Orta çek, səbətdə məhsul sayı, konversiya, ümumi marja, kampaniya artımı və gəlirlilik göstəriciləri ilə işləmək bacarığı;Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;Mağaza əməliyyatları, satış və merçendayzinq komandaları ilə koordinasiya bacarığı;Azərbaycan dilində sərbəst ünsiyyət.
Şirkət tərəfindən:Peşəkar inkişaf və öyrənmə imkanı;Karyera yüksəlişi;Peşəkar və dinamik iş mühiti;Əmək müqaviləsi;İş şəraitiİş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycanİş rejimi: Tam iş günüƏmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 24/09/2026