İş haqqında məlumat:
Əsas və yardımçı istehsalat avadanlıqlarının, yükqaldıran maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək;Avadanlıqların qovşaq və hissələrində yaranan nasazlıqları, zədələnmə və yeyilmələri müəyyən etmək, onların səbəb və dərəcəsini qiymətləndirmək;Boru və flanş birləşmələrinin, impuls xətlərinin, siyirtmələrin və digər mexaniki avadanlıqların təmirini həyata keçirmək;Zərurət yarandıqda təmir və bərpa işləri çərçivəsində qaynaq işlərini yerinə yetirmək;Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək;Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək;Quraşdırma və təmir prosesində zədələnmiş və sınmış hissələri müəyyən etmək və onların bərpasını həyata keçirmək;Yeni avadanlıqların quraşdırılmasında, həmçinin ağır və iri həcmli işlər zamanı mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək;Təmir və texniki xidmətdən sonra avadanlıqların istismara hazır vəziyyətdə təhvil verilməsini təmin etmək;İstifadəsində olan alət, avadanlıq və vasitələrin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;Avadanlıqların və qaz balonlarının daşınması, saxlanılması və təhlükəsiz istismarı qaydalarına riayət etmək;Avadanlıqların qəzasız və etibarlı fəaliyyətinin təmin edilməsi, təmir və texniki xidmət işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsində iştirak etmək;Görülmüş işlərlə bağlı tələb olunan sənədləri və hesabatları dolduraraq birbaşa rəhbərə təqdim etmək;Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Tələblər:
Orta ixtisas və ya peşə təhsili;Mexanik-çilingər, çilingər-təmirçi və ya analoji vəzifədə iş təcrübəsi;Mexaniki avadanlıqların sökülməsi, yığılması və təmiri üzrə praktiki bilik;Boru xətləri, flanş birləşmələri, siyirtmələr və mexaniki qovşaqlar üzrə anlayış;Əl alətləri və mexanikləşdirmə vasitələrindən istifadə bacarığı;Qaynaq işləri üzrə bacarıq üstünlükdür;Yükqaldıran mexanizmlərlə aparılan montaj və demontaj işlərinin əsaslarını bilmək;Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək;Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı.İş şəraiti:İş yeri: Səngəçalİş qrafiki: 5 günlük iş həftəsiƏmək haqqı: 950-1000 AZNServis xidməti: Bakı və Sumqayıt istiqamətlərindən servisNahar xidməti: İşçilər üçün nahar təmin edilir
Maaş: 950 - 1000 ₼
Son müraciət: 05/10/2026