İş haqqında məlumat:
StudyLab təhsil mərkəzi “Mobiloqraf” vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhtəlikləri.Təhsil mərkəzinin gündəlik fəaliyyətindən foto və video çəkilişlər etmək;Dərslər, tədbirlər, layihələr və tələbə nailiyyətləri haqqında kontent hazırlamaq;Sosial media platformaları üçün qısa videolar çəkmək və montaj etmək;Reels və digər video formatlarını hazırlamaq;Çəkilişlər zamanı yaradıcı ideyalar təklif etmək;Hazırlanan kontentin keyfiyyətinə və vaxtında təhvil verilməsinə diqqət yetirmək.Tələbə uğurları, konsultasiyalar, tədbirlər və şirkətin gündəlik fəaliyyəti ilə bağlı çəkilişlərin təşkili.Foto və video arxivinin sistemli şəkildə yaradılması və qorunması.
Tələblər:
Mobiloqrafiya və mobil video çəkilişi üzrə təcrübə;Telefonla keyfiyyətli foto və video çəkmək bacarığı;CapCut, VN, InShot, Adobe Premiere Pro və ya digər montaj proqramlarından istifadə bacarığı;Kreativ düşüncə və estetik baxış;Sosial media trendlərini izləmək;Məsuliyyətli, operativ və komandada işləmə bacarığı.İş haqda məlumat.Yaradıcı və inkişaf yönümlü iş mühiti;Peşəkar inkişaf imkanı;Əmək haqqı: Namizədin bilik, bacarıq və portfoliosuna əsasən müsahibə zamanı müəyyən olunacaq.İş qrafiki: 6 gün saat 12:00-19:00.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 22/09/2026