Prayk
Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis — Maliyyə, Bakı
1 400 ₼

Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis

SatılırİşlənmişBu gün
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№1660514

Təsvir

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 dan–18:00 dək; Tələblər: Ali təhsil — maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi və ya əlaqəli ixtisaslar üzrə; Banklarda kredit təhlili, kredit monitorinqi və ya kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi; Biznes kreditlərinin maliyyə təhlili və monitorinqi üzrə praktiki təcrübə; Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatlarını təhlil etmək bacarığı; Maliyyə əmsalları, pul axını, borc yükü və ödəmə qabiliyyətinin qiymətləndirilməsi üzrə biliklər; Girov təminatlarının monitorinqi və qiymətləndirmə hesabatları ilə işləmək bacarığı; Azərbaycan Respublikasının bank və kredit fəaliyyəti üzrə normativ tələbləri haqqında biliklər; MS Office, xüsusilə MS Excel proqramında yaxşı işləmək bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Ezamiyyətlərə və müştərilərin fəaliyyət ünvanlarına monitorinq səfərlərinə hazır olmaq; İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi Məsuliyyətlilik, dəqiqlik, operativlik Üstünlük veriləcək namizədlər Orta və iri biznes kreditlərinin monitorinqi üzrə təcrübəsi olan; Kredit anderraytinqi və ya kredit risklərinin qiymətləndirilməsi sahəsində çalışmış; Vergi hesabatları, bank hesabı çıxarışları və idarəetmə hesabatlarını müqayisəli təhlil edə bilən; Monitorinq nəticələrinə əsasən erkən xəbərdarlıq indikatorlarını müəyyən etmək təcrübəsi olan; Kredit dosyelərinin normativ və daxili prosedurlara uyğunluğunu yoxlamaq bacarığı olan namizədlə Şəxsi avtomobilin və B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür. Vəzifə öhdəlikləri: Kredit portfeli üzrə planlı və növbədənkənar monitorinqlərin həyata keçirilməsi; Borcalanların maliyyə vəziyyətinin, biznes fəaliyyətinin və ödəmə qabiliyyətinin təhlili; Kredit vəsaitinin təyinatı üzrə istifadəsinin yoxlanılması; Girov predmetlərinin mövcudluğunun, vəziyyətinin, saxlanma şəraitinin və sığorta təminatının yoxlanılması; Müştərinin biznes obyektlərinə səfərlərin həyata keçirilməsi və monitorinq aktlarının hazırlanması; Maliyyə hesabatlarının, hesab dövriyyələrinin, vergi məlumatlarının və digər təsdiqedici sənədlərin təhlili; Kredit şərtlərinə, müqavilə öhdəliklərinə və maliyyə kovenantlarına əməl olunmasına nəzarət; Problemli kreditə çevrilmə riski yaradan erkən xəbərdarlıq əlamətlərinin müəyyən edilməsi; Aşkarlanmış risk və uyğunsuzluqlar barədə əsaslandırılmış rəy və hesabatların hazırlanması; Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət; Kredit portfelinin keyfiyyəti və monitorinq nəticələri üzrə dövri hesabatların hazırlanması; Maaş: 1400-1900 AZN Yaş: 27-40 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Bənzər elanlar