Proqram Haqqında Ümumi Məlumat
Müddət və Həcm: 3 ay (Ümumilikdə 60–70 dərs saatı)
Qrup Tutumu: Maksimum 6 nəfər (Fərdi yanaşma və yüksək keyfiyyət üçün)
Tədris Forması: Əyani (Tam praktiki formatda)
Tədris Dili: Azərbaycan dili
Aylıq Ödəniş: 80 AZN (Hazırda 20% endirim tətbiq olunur)
İştirak Tələbləri: Təhsil fərqi yoxdur (Öyrənməyə həvəsli olmaq məsləhətdir)
Ünvan: Nərimanov r-nu, Məsud Əlizadə küç. 140, Zəfəran Park Biznes Mərkəzi
Dərs Cədvəli (Qrup Seçimləri)
Qrup
Həftəiçi Dərsi
Həftəsonu Dərsi
Qrup 1
Çərşənbə axşamı (2-ci gün): 19:30 – 22:00
Şənbə (6-cı gün): 11:00 – 14:00
Qrup 2
Çərşənbə (3-cü gün): 19:30 – 22:00
Şənbə (6-cı gün): 15:00 – 18:00
Proqram Ərzində Hansı Bacarıqlara Yiyələnəcəksiniz?
Sənədləşmə və Uçot: Gündəlik əməliyyatların və ilkin mühasibat sənədlərinin (hesab-faktura, qaimə, müqavilə və s.) uçot proqramına daxil edilməsi, arxivləşdirilməsi.
Bank Əməliyyatları: Bank ödənişlərinin icra edilməsi, ödəniş tapşırıqlarının tərtib edilməsi, bank çıxarışlarının yoxlanması.
E-Vergi və Qaimələr: Vergi sistemində elektron qaimə-fakturaların hazırlanması, uçotu və şirkətlərin elektron vergi kabinetlərinə idarəçilik.
Əməkhaqqı Hesablamaları: Aylıq əməkhaqqı, məzuniyyət və işçilərə olan digər ödənişlərin hesablanması.
Hesablaşmalar və Borclar: Debitor və kreditor borclarının izlənilməsi, üzləşmə aktlarının tərtibi və aparılması.
Anbar və Alış Uçotu: Alış, anbar və digər cari əməliyyatların uçotunun aparılması.
Tədris Olunacaq Ana Mövzular
Fiziki, hüquqi şəxslərin və təsərrüfat subyektlərinin (obyektinin) qeydiyyatı
Malların alış aktı, Elektron alış aktı və Elektron qaimə-faktura
Malların idxalı, Elektron əmtəə-nəqliyyat qaiməsi və yükavtonəqliyyatı üçün elektron yol vərəqi
Fiziki şəxslərin gəlir vergisi və Hüquqi şəxslərin mənfəət vergisi
Gəlirdən çıxılan xərclər və Ezamiyyə qaydalarında son dəyişikliklər
Əsas vəsaitlərin uçotu, amortizasiyası və təmiri
Cari vergi ödəmələri və Ödəmə mənbəyində vergi
Əlavə Dəyər Vergisi (ƏDV) uçotu, əməliyyatların əhatə dairəsi və tətbiq mexanizmləri
Sadələşdirilmiş verginin uçotu, vergi ödəyicilərinin hüquq və öhdəlikləri
Vergi bəyannamələrinin təqdim edilməsi (Mənfəət, Gəlir, ƏDV, Sadələşdirilmiş)
Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin tərtibi
ƏDV bəyannaməsi üzrə kameral uyğunsuzluq məktubları ilə iş
Əməkhaqqı üzrə Vahid Bəyannamənin tərtibi
Qeydiyyatdan keçmək və yerinizi ayırtmaq üçün WhatsApp-a yaza bilərsiniz:
Telefon / WhatsApp: 051-656-37-68
Maaş: 80 AZN
Son müraciət tarixi: 18.10.2026