Vəzifə öhdəlikləri
Müəssisədə mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun təşkil edilməsi;
Maliyyə və vergi hesabatlarının hazırlanmasına və təqdim edilməsinə nəzarət;
Kassa və bank əməliyyatlarına nəzarət;
Debitor və kreditor borclarının uçotunun aparılması;
Əməkhaqqı və digər ödənişlərin hesablanmasına nəzarət;
Anbar və istehsalat üzrə mühasibat uçotunun aparılmasına nəzarət;
Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
Mühasibatlıq şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması;
Rəhbərliyə maliyyə hesabatlarının və müvafiq məlumatların təqdim edilməsi.
Namizədə tələblər
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Baş mühasib vəzifəsində iş təcrübəsi;
Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə bilik;
1C proqramı üzrə işləmə bacarığı;
MS Office, xüsusilə Excel proqramında yaxşı istifadə bacarığı;
Vergi və digər məcburi hesabatların hazırlanması üzrə təcrübə;
Analitik düşüncə və məsuliyyətlilik;
Komanda idarəetmə bacarığı;
İstehsalat müəssisəsində iş təcrübəsi mütləqdir, kəsim sahəsində isə arzuolunandır.
İş şəraiti
İş rejimi: 6 günlük iş həftəsi;
İş yeri: Abşeron rayonu, Digah kəndi;
Əmək haqqı: Müsahibə zamanı;
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində “Baş mühasib” qeyd olunması xahiş olunur.
Son müraciət tarixi: 19.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/zarat-poultry-bas-muhasib-151655