“Chinar” restoranı “Ofisiant” vəzifəsi üzrə yüksək təcrübəli namizəd axtarışındadır
Əsas öhdəliklər:
Masaların xidmət üçün hazırlanması, operativ və nəzakətli xidmətin təmin edilməsi;
Qonaqlara menyuları təqdim etmək və menyu elementləri ilə bağlı aydın təsvirlər və izahlar vermək, sualları cavablandırmaq və ya tövsiyələr vermək;
Seçim qabağı dəqiq qeydlərin aparılması, operativ şəkildə və nəzakətlə qonaqların sifariş etdiyi qida və içkilərin təqdim olunması;
Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
Qida və içki menyularını dəqiq bilmək, qonaqlara seçim zamanı əhatəli məlumat vermək;
Mətbəxə və bara sifarişlərlə bağlı aydın məlumat vermək, sifarişlərin qeydiyyatını restoran qaydalarına uyğun olaraq həyata keçirmək;
Masaların təmizliyinə nəzarət etmək;
Zalda masaların düzülüşü, təmizliyi və menyuların yerləşdirilməsi;
Xidmət sahələri və ətraf ərazilərin təmiz və səliqəli olması üçün davamlı yoxlanışlar etmək;
Servis alətlərinin və ləvazimatlarının tam və hazır olmasını yoxlamaq, əksikliklərin aradan qaldırılması;
Qonaqların şikayətlərini və rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün tədbirlər görmək;
Xidmət standartlarına (servis qaydaları, davranış mədəniyyəti, təqdimat tərzi və s.) əməl etmək;
Şəxsi gigiyena qaydalarına, geyim formasına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
Restoranın ümumi səliqə-sahmanına nəzarət etmək;
Vəzifə üzrə əsas tələblər:
Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
Əla ünsiyyət qurma bacarığı;
Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq;
Gülərüz olmaq, komandada işləmək bacarığı;
Rus və ingilis dili biliklərinin olçması;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 15.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/chinar-restorani-ofisiant-151270