“City Finance” BOKT MMC Onlayn satış üzrə mütəxəssis vakansiyasını elan edir.
“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
Vəzifə öhdəlikləri:
Sosial media, mesajlaşma kanalları və telefon vasitəsilə daxil olan müştəri müraciətlərini cavablandırmaq.
Müştərilərə məhsullar, qiymətlər, ödəniş və kredit imkanları haqqında məlumat vermək.
Müştərinin ehtiyacına uyğun məhsullar təklif edərək satışı həyata keçirmək.
Potensial müştərilərlə təkrar əlaqə saxlamaq və satış prosesini izləmək.
Müraciət və satış nəticələrini CRM sistemində qeyd etmək.
Müəyyən edilmiş satış hədəflərinə çatmaq.
Tələblər
Satış və ya müştəri xidməti təcrübəsi arzuolunandır.
Yüksək ünsiyyət və satış bacarığı.
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus dili üstünlükdür)
Kompüterdən sərbəst və sürətli istifadə bacarığı.
Nəticəyönümlü, operativ və məsuliyyətli olmaq.
Əlavə məlumat
Əmək haqqı: 600-800 AZN
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 21.10.2026