Komandamıza qoşulmaq üçün peşəkar və ünsiyyətcil otel resepsionisti axtarırıq. Namizəd qonaqlara yüksək səviyyədə xidmət göstərməli və resepsiya işinin düzgün təşkilini təmin etməlidir.
Vəzifə öhdəlikləri
Qonaqları qarşılamaq və yola salmaq
Check-in və check-out proseslərini həyata keçirmək
Rezervasiyaları qəbul etmək və idarə etmək
Telefon zənglərini cavablandırmaq və e-maillərə cavab vermək
Otel xidmətləri və ətraf ərazilər haqqında məlumat vermək
Qonaq müraciətlərini və şikayətlərini peşəkar şəkildə həll etmək
Ödənişləri qəbul etmək və qeydiyyat aparmaq
Digər şöbələrlə koordinasiyanı təmin etmək
Tələblər:
Yaxşı ünsiyyət bacarıqları
İngilis və rus dillərini sərbəst bilmək
Otel və ya xidmət sahəsində təcrübə arzuolunandır
Kompüter bilikləri
Növbəli iş rejimində işləmək bacarığı
Məsuliyyətli, səliqəli və gülərüz olmaq
İş şəraiti
8 saatlıq iş qrafiki
Səhər, günorta və axşam növbələri (növbəli iş rejimi)
Əmək haqqı: 700 AZN
İş yeri: Nizami küçəsi 90A, Landmark III
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CV göndərən zaman vəzifənin adını mövzu bölməsində göstərin.
Maaş: 700 AZN
Son müraciət tarixi: 08.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/alterum-mmc-otel-resepsionisti-front-office-emekdasi-150600