Yaradıcılığını müasir dizayn və tikinti layihələri ilə birləşdirərək fərqli məkanlara öz imzasını atmaq istəyən peşəkar dizaynerləri komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
Müxtəlif üslublarda interyer və eksteryer 3D dizayn görünüşlərinin hazırlanması;
Müxtəlif təyinatlı obyektlərin interyer və eksteryer layihələrinin hazırlanması;
Məkanın dizayn ideyasının konsepsiyasından təfərrüatlı dizayn mərhələsinə qədər işlənib hazırlanması;
Verilmiş təlimat və məlumatlar əsasında dizayn işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi;
Müasir dizayn trendlərinin izlənilməsi və layihələrə uyğun şəkildə tətbiq edilməsi;
Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
Rəhbərlik tərəfindən verilən dizayn tapşırıqlarının vaxtında və keyfiyyətlə təhvil verilməsi;
Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək;
Adobe After Effects və Adobe Premiere Pro proqramlarında işləmə bacarığı üstünlükdür;
3D animasiya videolarının, Motion Design çarxlarının və video montaj işlərinin hazırlanması üstünlükdür.
Tələb olunan bilik və bacarıqlar:
Müvafiq sahə üzrə ali təhsil;
Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
Vakansiya üzrə əsas üstünlük interyer dizayn sahəsində ixtisaslaşmış namizədlərə veriləcək;
Tikinti şirkətində dizayn sahəsində iş təcrübəsi üstünlükdür;
AutoCAD, ArchiCAD, 3ds Max, V-Ray, Corona və digər müvafiq proqramlarda işləmə bacarığı;
Əllə eskiz çəkmək bacarığı arzuolunandır;
İngilis və rus dillərini bilmək arzuolunandır;
Kreativlik və yüksək estetik zövq;
Sürətli və keyfiyyətli işləmək bacarığı;
Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
Tapşırıqları vaxtında yerinə yetirmək;
Müstəqil və komanda şəklində işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: 09:00 – 18:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi
Nahar: Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnteryer və Eksteryer Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 07.10.2026