Bu dairəvi dikiş və aksesuar orqanayzeri evdə kiçik əşyaların nizamlanması üçün nəzərdə tutulmuş praktik bir saxlama qabıdır. 3 fərqli bölməyə malikdir. Bu bölmələr sayəsində sap makaralarını, düymələri və iynə dəstlərini bir-birinə qarışmadan ayrı saxlaya bilərsiniz. Xarici divarları zərif şaquli xəttlərdən ibarət relyefli dizayna malikdir. Məhsul yüksək keyfiyyətli, yüngül və zərbəyə davamlı Polipropilen (plastik) materialdan istehsal edilmişdir. Plastik korpusu nəmə qarşı dözümlüdür, asanlıqla yuyulub təmizlənir və uzunmüddətli istifadə üçün idealdır.