Procurement Specialist / Satınalma üzrə mütəxəssis
Şirkət: “Yeni Texnologiyalar” MMC
Əməkhaqqı: 800–1000 AZN + KPI bonusları
İş təcrübəsi: Minimum 1 il
İş yeri: Bakı şəhəri, 28 May
“Yeni Texnologiyalar” MMC satınalma və məhsulların qiymətləndirilməsi istiqamətində Procurement Specialist axtarır.
Üstünlükdür
İT avadanlıqları, elektronika və texniki məhsullar üzrə baza bilikləri;
Xarici istehsalçı və distribütorlarla RFQ prosesi üzrə təcrübə;
DataSheet və texniki kataloqları analiz etmək bacarığı;
Rus dili biliyi arzuolunandır.
Əməkhaqqı: 800–1000 AZN + iş nəticələrinə əsasən KPI bonusları.
CV: [email protected]
WhatsApp: +994 50 408 77 87
Müraciət zamanı mövzu hissəsində “Procurement Specialist” qeyd edilməsi xahiş olunur.
Tələblər:
Procurement, sourcing, satınalma, təchizat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
İnternet üzərindən məhsul və xarici təchizatçıları effektiv araşdırmaq bacarığı;
Texniki parametrləri oxumaq və məhsulları müqayisə etmək bacarığı;
Qiymət təkliflərini analiz etmək və optimal variantı müəyyən etmək bacarığı;
İngilis dili – xarici zavod və təchizatçılarla yazışma aparacaq səviyyədə;
MS Excel proqramında yaxşı işləmək bacarığı;
Detallara diqqətli, məsuliyyətli və operativ olmaq.
Vəzifə öhdəlikləri:
Təqdim olunan texniki tələblərə əsasən uyğun məhsul, marka və modellərin araşdırılması;
Məhsulların texniki parametrlərinin tələblərlə müqayisə edilməsi;
Tələblərə tam uyğun və ya ekvivalent məhsulların müəyyən edilməsi;
Xarici istehsalçı, zavod, distribütor və təchizatçıların araşdırılması;
Xarici şirkətlərə ingilis dilində RFQ/qiymət sorğularının göndərilməsi;
Təchizatçılardan qiymət, çatdırılma müddəti, mənşə ölkəsi, zəmanət və digər kommersiya şərtlərinin alınması;
Alınmış təkliflərin müqayisəli şəkildə təhlil edilməsi;
Məhsulun alış qiymətinin formalaşdırılması və optimal təchizatçının seçilməsi;
Yerli və xarici bazar qiymətlərinin araşdırılması;
DataSheet, kataloq və digər texniki sənədlərin yoxlanılması;
Alternativ təchizatçıların tapılması və təchizatçı bazasının genişləndirilməsi;
Satınalma üzrə rəhbərə qiymətləndirmə və məhsul seçimi üçün məlumatların təqdim edilməsi.
Maaş: 800-1000 AZN
Yaş: 22-40
İş təcrübəsi: 1 ildən 3 ilə qədər