28 May metrosunun yuxarı çıxışına yaxın 240 Kv.m Çıxarış qeyri-yaşayış sənədli ( Kupçalı ) hazır icarədə işlək Obyekt satılır. Hal-hazırda "LİGHTHOUSE" adlı erkən inkişaf və tədris mərkəzi kimi uzun müddətdir icarədədir və tam təmirlidir.
Obyektin - mərkəzləşdirilmiş havalanma soyutma isitmə sistemi ( HVAC ), qarşısında və yan tərəfdə avto parklanması, 3 sanitar qovşağı ( 2-si ümumi, 1-otağın içində ), mətbəxi, otaqlardan əlavə girişdə gözləmə zalı ( hall ) hissəsi mövcuddur.
Gələcəkdə digər təyinatlarda da istifadə etmək üçün ehtiyac olarsa bəzi arakəsmələrin arasın açmaq da olar.
Ünvan : Nəsimi rayonu, Təbriz ( keçmiş Çapayev ) küçəsindən hərbi prokurorluğa doğru qalxanda əsas yol qırağında 16 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Gediş-gəlişli yerdir.