Məqsədi:
Satış departamentinin yeniden strukturlaşması və transformasiyası. Satış komandalarinin inkişaf etdirilmesi və dəyişikliklərin idarə olunması. İdarəetmə və sahə üzrə proseslərinin sistemləşdirilməsi. Hədəf KPİ və Performans mexanizmlərinin təkmilləşdirilməsi
Tabedir: İcraçı direktor
Vəzifə öhdəlikləri:
Strateji Planlaşdırma: Şirkətin qısamüddətli və uzunmüddətli satış strategiyalarının, aylıq/rüblük/illik satış planlarının və KPI göstəricilərinin hazırlanması, həyata keçirilməsi və icrasına nəzarət olunması;
Komanda İdarəetməsi: Satış komandasının (supervayzerlər, regional satış təmsilçiləri, Key Account menecerlər) fəaliyyətinin idarə edilməsi, motivasiyası, peşəkar inkişafı və performansının qiymətləndirilməsi;
Kanal və Bazar İdarəetməsi: Bütün satış kanalları (Traditional Trade, Modern Trade / Key Accounts, HoReCa və Distribusiya) üzrə satış həcminin, daxilolmaların və bazar payının ardıcıl artırılmasının təmin edilməsi;
Maliyyə və Debitor Nəzarəti: Satış büdcəsinin, kommersiya şərtlərinin tənzimlənməsi, debitor borcların ciddi nəzarətdə saxlanılması və sağlam dövriyyə kapitallarının təmin edilməsi;
Sahə və Marşrut Optimallaşdırılması: Ərazi üzrə marşrutların, örtülmə dərəcəsinin və yerlərdə merçendayzinq standartlarının optimallaşdırılması; sahə qiymətləndirmələrinin aparılması;
Analitika və Rəqabət Təhlili: Satış dinamikası, rəqib fəaliyyəti, qiymət siyasəti və bazar trendlərinin mütəmadi təhlili; analitik hesabatların təqdim olunması.
Tələblər:
Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Menecment)
Təcrübə: FMCG və ya Distribusiya sektorunda Satış rəhbəri vəzifəsində minimum 10 il uğurlu rəhbərlik təcrübəsi (içki/qida sektoru təcrübəsi üstünlükdür);
Strateji və Analitik Düşüncə: Yüksək rəqəmsal və analitik bacarıqlar, satış data analitikası və planlaşdırma modelləri ilə işləmək qabiliyyəti;
Liderlik Səriştələri: Güclü komanda qurma, motivasiyaetmə, danışıqlar aparmaq (High-level Negotiation) və konfliktləri idarə etmək bacarığı;
Texniki Biliklər: MS Office proqramlarında səlis işləmək bacarığı;
Dil Bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzolunandır), İngilis dili (arzolunandır).
İş vaxtının norması:
09:00-17:00 / 5 günlük iş həftəsi
İş yeri:
Xırdalan şəhəri, (Masazır dairəsinin yaxınlığı)
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Satış rəhbəri (Satışın transformasiya lideri)” yazmaqla https://karyera.sirab.az/ və Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvana göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 15.10.2026