İş haqqında məlumat:
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək;Ziyarətçilər və qonaqlar üçün nəzərdə tutulmuş giriş təlimatı, işə götürülənlərlə isə ümumi təlimatları aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;Xadimə, fəhlə, mühəndis, sürücü və digər texniki personalın əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək;Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək;İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək;Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Tələblər:
Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar;Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur;MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 24/09/2026