Hazırda şirkətimizə Sürücü vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Zavod ofisi
Tələblər:
Ali və ya orta texniki təhsil;
Rəhbər sürücüsü kimi ən azı 3 il iş təcrübəsi;
Müştəriyönümlülük;
Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
Ünsiyyət.
Vəzifə və Öhdəliklər:
Avtomobilin vaxtlı-vaxtında yanacaqla təmin olunmasına nəzarət etməli;
Avtomobilin lazımi mayelərlə (yanacaq, yağ, antifriz və s.) vaxtlı-vaxtında təmin olunmasına nəzarət etməli;
Diaqnostika və Texniki təmirdən keçməyə diqqət yetirmək, hər hansı bir nasazlıq ortaya çıxdığı halda, maşın təmir olunmamış yola çıxmamalı;
Avtomobili idarə edən zaman yol qaydalarına tam riayət etməli;
Lazımi təqdirdə avtomobilin gediş, gəliş, yanacaq və kilometr göstəricilərinin hesabatını aparmalı və müvafiq tələb olunan ünvana təqdim etməli;
Sürücü istifadə etdiyi avtomobili təmiz, səliqəli və istismara yararlı vəziyyətdə saxlamalı;
Avtomobildə yaranmış nasazlıqlar haqqında dərhal xəbər verməli;
İş zamanı ortaya çıxan və avtomobilin mexanizmlərinin sökülməsini tələb etməyən xırda nasazlıqları özü aradan qaldırmalı;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirməlidir.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 26.09.2026