3 ədəd fərqli ölçülü tavadan ibarət mətbəx dəsti. Tavaların xarici və daxili səthi müasir, estetik görünüşə malik, bej teflon örtüklə hazırlanmışdır. Bu növ örtüklər yanmaz və yapışmaz xüsusiyyəti ilə seçilir. Tavaların yan hissələrində estetik görünüşü tamamlayan paralel üfüqi zolaqlar mövcuddur. Qulplar uzun, rahat tutuş üçün erqonomik dizayna malikdir. İsinməyə davamlı bakelit materialdan hazırlanmışdır. Tavalar 20 sm, 24 sm və 28 sm diametr ölçülərindədir.