İş haqqında məlumat:
Bizimlə İrəliyə!"Energy Monitoring MMC" olaraq sürətlə inkişaf edən komandamıza dəyər qatacaq, peşəkar və məsuliyyətli Tender və Satınalma üzrə Mütəxəssis axtarırıq. Əgər siz də dinamik mühitdə çalışmaq və karyeranızı addım-addım irəliyə aparmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!Əsas Vəzifələrİzləmə və Təhlil: Tender və satınalma elanlarının mütəmadi izlənilməsi, şərtlərin və texniki tapşırıqların dərindən analizi.Sənədləşmə: Tender sənədlərinin hazırlanması, təqdim olunması və elektron satınalma platformaları üzrə əməliyyatların həyata keçirilməsi.Təchizatçı İdarəetməsi: Potensial təchizatçıların araşdırılması, bazar qiymətlərinin öyrənilməsi və ən sərfəli təkliflərin toplanması.Koordinasiya: Satınalma proseslərinin planlaşdırılması, müqavilə və digər sənədlərin tərtibatına nəzarət edilməsi.Hesabatlılıq: Tender nəticələrinin izlənilməsi və rəhbərliyə müvafiq hesabatların təqdim olunması.
Tələblər:
Tender və satınalma sahəsində müvafiq iş təcrübəsi;Tender prosedurları, elektron satınalma platformaları və sənədləşmə qaydaları haqqında biliklər;Güclü analitik düşüncə tərzi və rəqəmlərlə/sənədlərlə səliqəli işləmək bacarığı;MS Office proqramlarını yaxşı səviyyədə bilmək;Yüksək məsuliyyət, diqqətlilik, operativlik və komandada işləmək bacarığı.İş Şəraiti və İmkanlarYeni və sürətlə inkişaf edən şirkətdə təcrübə qazanmaq;Peşəkar və inkişafyönümlü sağlam iş mühiti;Karyera yüksəlişi və şəxsi inkişaf imkanları;Uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq perspektivi.Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübə səviyyəsinə uyğun olaraq müsahibə zamanı qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 06/10/2026