Supertoys komandamıza yaradıcı, kamera qarşısında sərbəst çıxış edə bilən və Sosial şəbəkələrdə aktiv kontent yarada biləcək Video məzmun yaradıcısı axtarırıq.
Vəzifə öhdəlikləri:
Sosial media üçün gündəlik kontent videolarının hazırlanması və çəkilişində iştirak etmək;
Kamera qarşısında məhsulların və kampaniyaların təqdimatını etmək;
Trend olan kontentləri izləmək və mövcud məhsulları trendlərə uyğunlaşdırmaq;
Kreativ video ideyalarının hazırlanmasında iştirak etmək;
Şirkət məhsullarını cəlbedici və satış yönümlü formada təqdim etmək;
Sosial şəbəkə canlı yayımlarında iştirak etmək və məhsul təqdimatı etmək;
Video çəkiliş prosesində komanda ilə əməkdaşlıq etmək;
Paylaşılan kontentlər üçün performansın artırılmasına dəstək vermək.
Tələblər:
Yaş: 18-28
Kamera qarşısında sərbəst və inamlı çıxış bacarığı;
Trendlər və qısa video formatları haqqında anlayış;
Kreativ düşüncə və improvizasiya bacarığı;
Aktiv, enerjili və kommunikativ olmaq;
Satış yönümlü təqdimat bacarığı;
Canlı yayımların aparılması
Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür).
Üstünlükdür:
TikTok və ya Instagram Reels kontent təcrübəsi;
Portfolio
CapCut və ya digər montaj proqram biliyi;
Influencer və ya creator təcrübəsi;
Canlı yayım (TikTok Live) təcrübəsi;
Uşaq məhsulları və ya pərakəndə sahədə təcrübə.
Təklif edilən şərtlər:
İş qrafiki: Tam iş günü
6 günlük iş rejimi
AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Karyerada yüksəlmək imkanı
Əmək haqqı: 700 AZN+Bonus
Bu sahədə təcrübəsi olmayan, lakin özündə potensial və öyrənmə həvəsi görən namizədlər də müraciət edə bilərlər.
Mövzu hissəsində Video məzmun yaradıcısı qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə: 055-220-23-72 / 055-214-22-63
Maaş: 700 AZN
Son müraciət tarixi: 24.10.2026