
Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis

800 ₼
Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis
SatılırYoxlanılıbİşlənmişBu gün
Tarix
Nömrə№1770110
Təsvir
İş şəraiti
İş qrafiki: I–VI günlər (Bazar günü – istirahət)
Əməkhaqqı: 800 – 1200 AZN (namizədin nəzəri bilik və praktiki bacarıq səviyyəsinə əsasən müəyyən olunur)
Ünvan: Bakı şəhəri
Vəzifə Öhdəlikləri:
Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanması;
IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin (NVR, DVR, analitik kameralar) quraşdırılması və şəbəkə konfiqurasiyası;
Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajı, panel sazlanması və funksional sınaqdan keçirilməsi;
Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması;
Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin (simli və simsiz sensorlar, idarəetmə panelləri) quraşdırılması və rabitə kanallarının sazlanması;
Kommutasiya şkaflarının (rack cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun testi;
İcra olunmuş işlərin texniki tələblərə uyğun təhvil verilməsi.
Tələblər:
Texniki istiqamətdə (Elektronika, Avtomatika, IT və ya əlaqəli sahələr) təhsil və ya müvafiq sahədə ixtisaslaşma;
Zəif axın və təhlükəsizlik sistemlərinin montajı və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi;
Baza şəbəkə bilikləri (TCP/IP, subnetting, marşrutlaşdırma və protokollar);
Təhlükəsizlik avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı;
Layihə çertyojlarını oxumaq və layihəyə uyğun xətlərin çəkilişini icra etmək bacarığı;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmə məsuliyyəti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə " Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Maaş: 800 AZN
Son müraciət tarixi: 07.10.2026
Bənzər elanlar















