Təcili satılır! Metroya yaxın ərazidə, yol kənarında yerləşən 1 otaqdan 2 otağa düzəldilmiş əla təmirli mənzil satışa çıxarılıb.
Mənzildə qaz mövcuddur və sənədi çıxarışdır (kupça). Döşəmə taxta və laminatla örtülüb. Hamam, sanitar qovşağı və mətbəx yüksək keyfiyyətlə təmir edilib. Avropa istehsalı qapılar, PVC pəncərələr, asma tavan, gizli LED işıqlandırma, mətbəx mebeli, kupe şkaf, kombi sistemi və duş kabinası quraşdırılıb.
Mənzil boş vəziyyətdədir və alqı-satqıdan dərhal sonra köçmək mümkündür. Yüksək mərtəbədə yerləşdiyindən gözəl panoramik mənzərəyə malikdir.
Ərazi infrastruktur baxımından olduqca əlverişlidir. Metro, məktəb, uşaq bağçası, poçt, marketlər və digər zəruri obyektlər piyada məsafəsində yerləşir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis xidmət haqqı 1% təşkil edir.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Nizami ray., 8-ci kilometr qəs., Xalqlar Dostluğu m/st