2E KS240 Wireless Keyboard gündəlik iş, ev istifadəsi və çoxcihazlı mühitlər üçün nəzərdə tutulmuş funksional və rahat simsiz klaviaturadır. Klaviatura membran tipli düymələrə malikdir və səssiz, yumşaq basma hissi ilə uzunmüddətli istifadə zamanı komfort təmin edir. Full Size format və 110 düymə tam klaviatura funksionallığını qoruyaraq məhsuldarlığı artırır. Modelin əsas üstünlüklərindən biri eyni anda bir neçə cihaza qoşulma imkanıdır . Klaviatura USB adapter (receiver) və 2 Bluetooth rejimi vasitəsilə laptop, masaüstü kompüter, planşet və smartfonlara qoşula bilir. Cihazlar arasında keçid cəmi 3 düymə ilə sürətli və rahat şəkildə həyata keçirilir. Bu xüsusiyyət multitasking və uzaqdan iş üçün ideal həll yaradır. Plug and Play texnologiyası sayəsində əlavə proqram təminatına ehtiyac yoxdur – qoş və istifadə et prinsipi ilə işləyir. 12 media düyməsi multimedia idarəetməsini asanlaşdırır, aşağı profilli düymələr isə daha ergonomik istifadə təqdim edir. Klaviatura enerji qənaət rejimi ilə təchiz olunub: uzun müddət istifadə edilmədikdə avtomatik yuxu rejiminə keçir və batareya dəyişmə ehtiyacını göstərici vasitəsilə bildirir. 1 ədəd AAA batareya ilə işləyən klaviatura Windows, macOS və Linux əməliyyat sistemləri ilə uyğundur. Qara rəngli ABS plastik korpus , 513 qram çəki və kompakt ölçülər onu həm masaüstü, həm də mobil istifadə üçün uyğun edir.