Zabrat-2 qəsəbəsində, Cəlil Məmmədquluzadə küçəsində, əsas magistral yola yaxın yerləşən təmirli həyət evi satışa təqdim olunur.
Ev 1 mərtəbəlidir. Tikili sahəsi 100 kv.m, torpaq sahəsi isə 1,2 sot təşkil edir. Mənzil 4 otaqdan (1 qonaq otağı və 3 yataq otağı) ibarətdir.
Ev keyfiyyətli təmir olunub. Kombi istilik sistemi və bütün ev üzrə isti döşəmə quraşdırılıb. Yataq otaqlarında bahalı laminat, digər hissələrdə isə keramoqranit döşəmə istifadə olunub. Tikinti və təmir zamanı keyfiyyətli materiallardan istifadə edilib. Ev yelçəkəndir və işıqlı otaqlara malikdir.
Həyətdə açıq balkon, həmçinin manqal və samovar üçün xüsusi yer ayrılıb.
Sənədlər: Torpaq və ev üçün çıxarış (kupça) mövcuddur. Xüsusi mülkiyyətdir.
Ərazi yaşayış üçün əlverişlidir. Yaxınlıqda məktəb, uşaq bağçası, marketlər və digər zəruri infrastruktur obyektləri yerləşir.
Ətraflı məlumat və evə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Qeyd: Vasitəçi xidmət haqqı 1% təşkil edir.
Elan növü: Satılır
Əmlak növü: Həyət evi
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Sabunçu ray., Zabrat qəs.