Badamdarda dəniz mənzərəli 3 otaqlı mənzil satılır!
Badamdarın möhkəm və keyfiyyətli tikililərindən birində yerləşən mənzil 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib. Bina vaxtilə generallar üçün inşa edildiyindən standart Leninqrad layihələrindən daha geniş və hündür otaqlara malikdir.
Mənzil yelçəkəndir, hər bir otağın öz pəncərəsi var və iki tərəfə baxışı mövcuddur. Qarşısı heç vaxt kəsilməyən möhtəşəm dəniz mənzərəsi var. 3-cü mərtəbədə yerləşir. Öz zövqünüzə uyğun yüngül kosmetik təmirə ehtiyacı var.
Həyətində pulsuz və rahat avtomobil dayanacağı var. Avtobus dayanacağına 40-50 metr məsafədə yerləşir. Yaxınlıqda marketlər, apteklər, məktəb, ailəvi restoranlar, şadlıq sarayı və digər iaşə obyektləri mövcuddur.
Mənzil rahat və komfortlu yaşayış üçün əlverişli ərazidə yerləşir.
Komissiya haqqı 1%. Agentlik xidməti hüquqi dəstək və sənədləşməni əhatə edir.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Səbail ray., Badamdar qəs.