Xətai rayonunda, Gəncə prospektində, Panorama Park və Bazarstore ilə üzbəüz ərazidə şəxsi mənzil satılır.
Mənzil 70 m² sahəyə malikdir və Leninqrad layihəlidir. 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. 3 otağa ideal şəkildə düzəldilib: 2 yataq otağı və studio tipli salon.
Mənzil yelçəkəndir, hər iki tərəfə pəncərəsi və eyvanı var. Blokun çıxışında mənzilə məxsus əlavə kiçik depo da mövcuddur.
Mənzildə həm mərkəzi istilik sistemi, həm də kombi sistemi var və hər ikisindən ayrı-ayrılıqda istifadə etmək mümkündür. Qaz, su və işıq daimidir. Su təminatının fasiləsiz olması üçün əlavə olaraq 1 tonluq su çəni quraşdırılıb. Sanitar qovşaq birlikdədir.
Mənzil birbaşa Gəncə prospektinə baxır. Ətrafda marketlər, məktəblər, kafelər və gündəlik həyat üçün lazım olan digər obyektlər piyada məsafəsində yerləşir.
Real alıcı ilə mənzilə baxışdan sonra qiymətdə razılaşmaq mümkündür.
Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Xətai ray.