Sakit, artıq məskunlaşmış küçədə 4.6 sot torpaq sahəsində 100 m² sahəsi olan geniş dubleks ev satılır.
Bir-birindən 20 sm məsafədə yerləşən 2 ayrı evdir. Divarlar arasında məsafə olduğuna görə yanaşı divar hissi olmadan ayrıca həyət evi rahatlığı yaradır.
Rahat və etibarlı ev sakitlik, təhlükəsizlik və inkişaf etmiş infrastruktura üstünlük verən ailələr üçün əla seçimdir.
Ev Alman texnologiyası ilə inşa olunur. 80 sm hündürlüyündə atik divarı, monolit dəmir-beton tavan, dəmir-beton pilləkən, isti döşəmə sistemi, döşəmə səviyyələməsi (styaşka), divar suvağı, elektrik naqilləri, dam izolyasiyası, enerji səmərəli pəncərələr və etibarlı giriş qapısı nəzərdə tutulub.
Kommunikasiyalar: 6.5 m³ həcmində fərdi septik, nasoslu şəxsi artezian quyusu və 10 kVt elektrik enerjisinə qoşulma.
Elan növü: Satılır
Əmlak növü: Bağ evi
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Xəzər ray., Buzovna qəs.