Əsas vəzifə öhdəlikləri
Anbarın təmizliyini və səliqəsini təmin etmək, materialların düzgün saxlanmasını təşkil etmək
Təchizatçılardan daxil olan malları qəbul etmək, sənədləri və etiketləri yoxlayaraq satınalma tələblərinə uyğunluğunu təsdiqləmək
Material və məhsulları müvafiq rəflər və konteynerlər üzrə yerləşdirmək və qorunmasını təmin etmək
İstehsalat planına uyğun olaraq materialların istehsalat sahəsinə verilməsini təşkil etmək
Məhsulların yararlılığını yoxlamaq, uyğunsuzluqları rəhbərliyə bildirmək
ERP sistemi üzərindən anbar əməliyyatlarını və inventar qeydlərini aparmaq
Təhlükəsizlik qaydalarına əməl etmək və iş mühitini təhlükəsiz saxlamaq
Tələblər
Orta təhsil
Anbar/logistika sahəsində minimum 1 il iş təcrübəsi
Metallurgiya sahəsində təcrübə – üstünlükdür
MS Office proqramları ilə işləmək bacarığı
Forklift idarə etmək üçün müvafiq sertifikat/diplom
ERP sistemləri üzrə biliklər – üstünlükdür
İngilis dili üzrə orta səviyyədə ünsiyyət bacarığı – üstünlükdür
Təklif edirik:
Nahar şirkət tərəfindən təmin olunur
Sığorta təminatı
Servis/daşınma xidməti təmin olunur
Maraqlanan namizədlər, CV və əlaqə məlumatlarını “Anbar Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Son müraciət tarixi: 17.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/samt-anbar-operatoru-151423