Şirkətin və onun struktur bölmələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək;Şirkətin fəaliyyətindən irəli gələn hüquqi riskləri müəyyən etmək, təhlil etmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq;Korporativ idarəetmə ilə bağlı sənədlərin (qərarlar, protokollar, etibarnamələr və s.) hazırlanmasını təmin etmək;Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaları və münasibətləri idarə etmək;Şirkətə daxil olan hüquqi xarakterli sorğulara, məktublara və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;Hüquqi dəyişiklikləri və qanunvericilik yeniliklərini izləmək, aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
Tələblər:
Hüquq ixtisası üzrə ali təhsil;Korporativ hüquq, kommersiya hüququ və ya müqavilə hüququ sahəsində minimum1- 3 il iş təcrübəsi;Azərbaycan Respublikasının mülki, əmək, vergi, korporativ və kommersiya qanunvericiliyi üzrə dərin biliklər;Müqavilələrin hazırlanması, ekspertizası və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübə;Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması və müraciətlərin hazırlanması bacarığı;Korporativ idarəetmə sənədlərinin hazırlanması və hüquqi müşayiəti üzrə təcrübə;Hüquqi rəy, arayış və digər hüquqi sənədlərin hazırlanması bacarığı;Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;İngilis dili biliyi üstünlük hesab olunur;MS Office proqramlarında sərbəst işləmək bacarığı;Analitik düşüncə, yüksək məsuliyyətlilik və məxfi məlumatlarla işləmək bacarığı;Danışıqlar aparmaq, problemləri hüquqi müstəvidə həll etmək və qərarvermə bacarığı;
Vakansiya növü: Tam ştat
Şirkət: Prime Cotton
Yer: Mingəçevir, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-aparici-huquqsunasmingecevir-77911214/apply