Aşpaz köməkçisi
İş yeri: Sumqayıt şəhəri,
Tələblər:
Yaş: 30–45 yaş xanım,
Məsuliyyətli və işgüzar olmaq
1.Milli və Xarici mətbəxlərin xörəklərinin bişirilməsi xüsusiyyətlərini bilmək,
2.Kütləvi istehlak üçün şorbalar, əsas xörəklər, soyuq və isti qəlyanaltılar, xəmirdən məmulatlar hazırlamağı bilmək,
3. Menyunun düzgün tərtib edilməsi qaydalarını (bayram, gündəlik) bilmək,
4. Aşbazlıq məmulatlarının keyfiyyət tələblərini ;
5. Yeməklərin hazırlanma qaydalarını : qızardılma, qaynadılma, pörtlədilmə, fırında bişmə və bişirilmə formalarında miqdar və həcmlərin dəyişmə faizlərini bilməlidir;
6. Yeməklərin hazırlanması texnologiyasına, xörəklərə xammalın qoyulması normalarına düzgün əməl etməlidir;
7. Ərzaqların və hazır xörəklərin saxlanılması qaydalarını bilməlidir və bu qaydalara ciddi riayət etməlidir;
8. Mətbəxdə texnoloji avadanlıqların müasir növlərini və onların iş prinsiplərini ;
9. Mətbəx alətlərinin, qabların təyinatlarını və onlardan istifadə qaydalarını ;
10. Ərzaqların keyfiyyətliliyi əlamətlərini müəyyən etmək üsullarını bilməlidir;
11. Yeməkləri porsiyalara bölmək .
12. Sanitar və gigiyena qaydalarına daim əməl etməli və işçiləri tərəfindən də əməl edilməsinə ciddi nəzarət və qida təhlükəsizliyinə ciddi əməl etməlidir.
13. Lazım olan ərzaq məhsullarının sifarişini tərtib edib, onların vaxtında alınmasını tələb etmək ;
Əmək şəraiti:
İş saatı 17-00-dan 00-00-a qədər,
Əmək haqqı: birinci ay 400azn, ikinci ay 500azn
Rəsmi əmək müqaviləsi,
DSMF ödənişləri şirkət tərəfindən qarşılanır,
Həftəlik istirahət verilir,
Nahar şirkət tərəfindən təmin olunur,
İllik 21 təqvim günü ödənişli məzuniyyət,
Fiziki cəhətdən sağlam namizədlər,
Maraqlanan namizədlər əlaqə saxlamaları xahiş olunur.