
ASUS ROG Harpe Ace + Hone Ace Aim Lab oyun dəsti












168 ₼
ASUS ROG Harpe Ace + Hone Ace Aim Lab oyun dəsti
ПродаетсяПровереноБ/уОпубликовано сегодня
ГородBakı
Дата
Просмотры1
Номер№1240757
Описание
Ölkədə tapılmayan premium model original ASUS maus və maus altlığı dəsti. Aim Lab Edition nədir və nəyə görə dünyada ən premium sayılır bilənlər bilir. Albaniyadan özüm alıb gətirmişəm. Maus tam komplekt versiyadır. Şəkildəki kimi qutusu, sənədləri, ROG Dongle Extender, ROG Omni Receiver, stickerlər, griplər, ROG kabeli var. İdeal vəziyyətdədirlər. Heç birinin cızığı, əziyi, söküyü yoxdur. Çox az və səliqəli istifadə eləmişəm. Mousepad isə ölkədə ümumiyyətlə heç yerdə yoxdur. Mənim satdığım komplekt yalnız Avropa və Amerikada satılır. Mausu 150 Euro (294AZN), mousepadı isə 45 Euro (90AZN) alıb gətirmişdim. Qiymətlərini araşdıra bilərsiz. Bu qiymətə bu vəziyyətdə gaming set heç yerdə tapa bilməzsiz. Alan adama istədiyi kimi yoxlaya bilməsi üçün evdə şərait yaradacam.
ROG və Aim Lab əməkdaşlığı ilə hazırlanmış bu kombinasiya xüsusilə CS2, Valorant, PUBG, Call of Duty, Apex Legends, Rainbow Six Siege və digər rəqabətli FPS oyunları üçün əla seçimdir.
🔹 ASUS ROG HARPE ACE AIM LAB EDITION:
• Model: ROG Harpe Ace Aim Lab Edition
• Növ: Wireless Gaming Mouse
• Sensor: ROG AimPoint Optical Sensor
• DPI: 100 – 36.000 DPI
• Sensor dəqiqliyi: <1% CPI deviation
• Maksimum sürət: 650 IPS
• Maksimum sürətlənmə: 50 G
• Çəki: Cəmi 54 qram
• Qoşulma: 2.4 GHz Wireless / Bluetooth / USB
• ROG SpeedNova Wireless texnologiyası
• Polling Rate: 1000 Hz
• Düymələr: 5 proqramlaşdırıla bilən düymə
• Switch: ROG Mechanical Micro Switch
• Switch ömrü: 70 milyon klikə qədər
• RGB: Scroll wheel RGB
• Kabel: 2 metr ROG Paracord
• Mouse ayaqları: 100% PTFE
• Batareya: 2.4 GHz rejimində 90 saata qədər
• Proqram təminatı: ASUS Armoury Crate
• Aim Lab Settings Optimizer dəstəyi
• Rəng: Qara
🔹 ASUS ROG HONE ACE AIM LAB EDITION:
• Model: ROG Hone Ace Aim Lab Edition
• Növ: Gaming Mousepad
• Ölçü: 508 × 420 mm
• Qalınlıq: 3 mm
• Səth: Hybrid Cloth
• Alt hissə: Sürüşməyən rezin baza
• Ölçü: Large
• Səth örtüyü: Su, yağ və toza qarşı qoruyucu nano-coating
• Aim Lab x ROG 360 üçün xüsusi ölçü işarələri
• Sürətli sürüşmə və dəqiq dayanma üçün optimallaşdırılmış səth
• Rəng: Qara
🎯 AIM LAB ÜÇÜN XÜSUSİ HAZIRLANIB
Hone Ace üzərindəki ölçü işarələri Aim Lab x ROG 360 funksiyası ilə birlikdə istifadə edilərək flick hərəkətlərini, bilək və qol hərəkətlərini ölçməyə və aim üzərində məşq etməyə imkan verir.
Hibrid parça səth sürətli mouse hərəkətləri ilə yanaşı dəqiq stopping power təmin edir.
💧 QORUYUCU NANO-COATING
Mousepad-in səthi su, yağ və toza qarşı qoruyucu nano örtüklə hazırlanıb. Bu, səthin daha asan təmizlənməsinə və uzun müddət stabil performans saxlamasına kömək edir.
💻 HƏM OYUN, HƏM GÜNDƏLİK İSTİFADƏ:
ROG Harpe Ace Aim Lab Edition yüngül və erqonomik dizaynı, Hone Ace isə geniş və dəqiq səthi ilə gaming-dən əlavə gündəlik kompüter istifadəsi üçün də rahat seçimdir.
💬 Əlaqə WhatsApp və zəng vasitəsilə.
#ASUS #ROG #AimLab #HarpeAce #HoneAce #GamingMouse #WirelessMouse #GamingMousepad #GamingSetup #GamingGear #GamingAccessories #PCGaming #PCGamer #FPS #Siçan #Maus
Другие объявления




gunka +Surxay


HyperTitan



HyperTitan






