Modern və minimalist üslubda dizayn edilmiş bağ və terras oturma dəstidir. Bu model digərlərindən daha kəskin xəttləri və metal konstruksiyanın ön planda olması ilə seçilir.Üçlü divanın ölçüsü 188x85x75sm,təkli kresloların ölçüsü 73x85x75sm,masanın ölçüsü 150x70x75sm-dir.Kreslo və divanların arxa hissəsi qapalı deyil, şaquli və üfüqi metal karkaslardan ibarətdir. Bu, məkanda daha geniş və "nəfəs alan" bir görüntü yaradır.Karkas paslanmaya və cızılmaya qarşı çox davamlıdır.Masanın üst hissəsi adətən suya davamlı kompozit materialdan və ya temperli şüşədən olur.Yastıqlar kifayət qədər qalın və komfortludur.Açıq havada, yağış və günəş altında istifadə üçün tam uyğundur.