İş haqqında məlumat:
Şirkətimizə mühasibatlıq və maliyyə proseslərinin idarə olunması üzrə təcrübəli Baş mühasib axtarılır.Əsas vəzifə öhdəlikləri:Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə təşkil və idarə edilməsi;Vergi, mühasibat və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;ƏDV, mənfəət vergisi, əmək haqqı və digər vergi öhdəliklərinin düzgün hesablanmasına nəzarət;Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların və proseslərin idarə olunması;Bank əməliyyatlarına, kassa və ödənişlərə nəzarət;Debitor və kreditor borcların uçotunun aparılması və nəzarətdə saxlanılması;Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;İlkin mühasibat sənədlərinin düzgünlüyünə nəzarət;Mühasibatlıq üzrə daxili proseslərin və sənəd dövriyyəsinin təşkili;Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması;Mühasibatlıq komandasının işinin koordinasiyası və nəzarəti.
Tələblər:
Mühasibatlıq sahəsində ən azı 10 il iş təcrübəsi;Baş mühasib vəzifəsində iş təcrübəsi;Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək;Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;1C və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;Analitik düşüncə və yüksək məsuliyyətlilik;Detallara diqqətli yanaşma;Komandanı idarə etmək və iş proseslərini koordinasiya etmək bacarığı.İş şəraiti:İş qrafiki: 5 günlük iş həftəsi;Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə əsasında;Stabil və peşəkar iş mühiti;Karyera və peşəkar inkişaf imkanları.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 22/09/2026