
Bu peşəkar mətbəx bıçağı evdə və ya restoranlarda ət, tərəvəz, göyərti və müxtəlif ərzaq məhsullarını sürətli həmçinin rahat şəkildə doğramaq üçün xüsusi olaraq hazırlanmışdır. Yüksək keyfiyyətli paslanmaz poladdan hazırlanan geniş və üzəri xüsusi döymə naxışlı ağız hissəsi uzunmüddətli itilik təmin edir. Xüsusi naxışlı səth kəsmə zamanı ərzaqların bıçağa yapışmasının qarşısını alaraq iş prosesini xeyli asanlaşdırır. Möhkəm quruluşu sayəsində zamanla əyilmədən və deformasiyaya uğramadan etibarlı şəkildə xidmət göstərir. Həm peşəkar aşpazlar, həm də mətbəxdə keyfiyyətli alətlərə üstünlük verən hər kəs üçün əvəzolunmaz köməkçidir. Dadlı yeməklər hazırlamaq üçün ehtiyacınız olan bütün kəsmə işlərini mükəmməl şəkildə yerinə yetirən ideal bir mətbəx alətidir.