Biologiya fənni üzrə test toplusu, I və II hissə.
Məcmuəyə 2023 və 2024-cü il nəşrləri daxildir. Üz qabığında göstərildiyi kimi kitablar Dövlət İmtahan Mərkəzinin biologiya üzrə “Сборник тестов” nəşridir. Materiallar rus dilindədir.
I hissədə:
- mövzular üzrə tapşırıqlar
- qəbul imtahanının situasiya əsasında tərtib olunmuş tapşırıqlarına uyğun nümunələr
- 2023-cü ildə istifadə olunmuş qəbul imtahanı tapşırıqları
- tapşırıqların düzgün cavabları
II hissədə:
- mövzular üzrə tapşırıqlar
- situasiya əsasında hazırlanmış tapşırıqlar
- qəbul imtahanına uyğun model tapşırıqlar
- 2023-cü ilin yay qəbul imtahanında istifadə olunmuş tapşırıqlar
- tapşırıqların düzgün cavabları
Abituriyentlər üçün biologiya üzrə hazırlıq, mövzuların təkrarı və test məşqi üçün uyğundur.