Təbii dəniz mirvarilərindən hazırlanan bu zərif əl işi boyunbağı klassik eleqantlığı müasir funksionallıqla birləşdirir. 10-11 mm diametrli mirvarilər boyunbağıya dolğun və premium görünüş qazandırır. Mərkəzi hissədə yerləşən saçaqlı asılqan çıxarıla bildiyi üçün məhsulu həm gündəlik, həm də xüsusi günlər üçün fərqli üslublarda istifadə etmək mümkündür. Texniki xüsusiyyətlər: * Təbii dəniz mirvarisi * Mirvari diametri: 10–11 mm * Boyunbağının uzunluğu: 40 sm + 5 sm tənzimlənə bilən uzatma zənciri * Çıxarıla bilən saçaqlı asılqan, uzunluğu: 6 sm * Premium keyfiyyətli, polad materialdan hazırlanmış, rodium örtüklü, sirkonium qaşlarla işlənmiş furnituralar Qeyd: Məhsulun gözəlliyini və parlaqlığını qorumaq üçün onu parfüm, kosmetik vasitələr, nəmlik, mexaniki təsirlər və digər maye məhsullarla təmasdan qorumaq tövsiyə olunur. Məhsul əl işi olduğundan geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyil.