Zəriflik və fərqliliyi bir araya gətirən bu özəl dizayn Mayorika mirvarilərinin harmonik kompozisiyası ilə hazırlanıb. Modelin mərkəzində yerləşən 20 mm ölçülü Mayorika mirvarisi diqqət mərkəzi yaradır, hər iki tərəfində isə 10 mm, 8 mm və 6 mm diametrli mirvarilər çiçək kompozisiyası formasında incə və bədii keçid yaradır. Dizaynın davamı 12 mm diametrli Mayorika mirvariləri ilə tamamlanaraq balanslı və dolğun siluet formalaşdırır. Kompozisiyada əlavə olaraq 22 mm ölçüdə damla formalı Mayorika mirvarisi istifadə olunaraq modelə dinamik və zərif axıcılıq qatılıb.Bu model yalnız boyunbağı deyil, eyni zamanda uyğun qolbaqla birlikdə təqdim olunan dəstdir. Üslubu eksklüziv və fərqlidir – həm gündəlik eleqant kombinlərlə, həm də ziyafət və xüsusi dəvətlər üçün rahatlıqla uyğunlaşdırıla bilər. Texniki Detallar: • Mirvari növü: Mayorika mirvarisi • Mərkəzi detal: 20 mm diametr Mayorika Mirvarisi • Yan kompozisiya: 10 mm, 8 mm və 6 mm diametrli mirvarilər (çiçək formalı dizayn) • Əsas sıra: 12 mm diametrli mayorika mirvariləri • Əlavə detal: 22 mm damla formalı mirvari • Daxili diametr: 14 cm • Bağlama: Zəncir vasitəsilə +5 cm korreksiya imkanı • Furnituralar: Premium keyfiyyətli, sirkonium qaşlarla bəzədilmiş, rodyum örtüklü polad material • Əl işidir.Qaytarılma və ya dəyişdirilmə mümkün deyil. Əlverişsiz ətraf mühitdən, zərbədən, zədələnmədən, parfum və digər maye məhlullarla təmasdan qorumaq lazımdır. Qablaşdırma:Məhsul qutuya qoyularaq,kağız çantaya yerləşdirilir. Yüksək keyfiyyətli material seçimi və özəl dizaynı bu boyunbağı və qolbaq dəstini istər özünüz üçün ,istər sevdikləriniz üçün 8 Mart Qadınlar Günü,Analar Günü,Sevgililər Günü ,Ad Günləri və digər xüsusi günlər münasibəti ilə hədiyyə edərək,fərqli ölçülərin və formaların harmoniyası ilə hər zaman diqqət mərkəzində olun.