Prayk
Brend meneceri tələb olunur — Vakansiyalar, Bakı
1 200 ₼

Brend meneceri tələb olunur

ПродаетсяПроанализированоБ/уОпубликовано 3 дн. назад
Город
Bakı
Категория
Вакансии
Дата
Номер
№1138844
Описание
NK Media komandamıza Rəqəmsal Platformalar və Brend Meneceri axtarır. Vəzifə öhdəlikləri: * Spotify, Apple Music/iTunes, Deezer, Amazon Music, Yandex Music və digər rəqəmsal musiqi platformalarında artist profillərinin idarə olunması; * Spotify for Artists, Apple Music for Artists və digər artist panelləri ilə işləmək; * Artist profillərinin yaradılması, təsdiqlənməsi və optimallaşdırılması; * Artist şəkilləri, bioqrafiya və digər məlumatların aktual saxlanılması; * Mahnı sözlərinin (lyrics) Musixmatch, Genius və digər uyğun xidmətlər vasitəsilə platformalara yerləşdirilməsi; * Yeni relizlərin platformalarda düzgün yerləşdirilməsinə nəzarət; * Yanlış artist profilləri, profil birləşdirmələri və digər platforma problemlərinin araşdırılması və həlli; * NK Media-nın rəqəmsal platformalardakı korporativ görünüşünün inkişaf etdirilməsi; * NK Media-nın LinkedIn səhifəsinin qurulması və idarə olunması; * Şirkətin rəsmi veb-saytındakı məlumatların aktuallığına nəzarət; * NK Media-nın rəqəmsal mühitdə daha güclü brend kimi təqdim olunması üçün yeni ideyaların hazırlanması. Tələblər: * Rəqəmsal platformalarla sərbəst işləmək bacarığı; * Musiqi industriyasına və rəqəmsal distribusiyaya maraq; * İngilis dilində platforma interfeysləri və yazışmalarla işləyə biləcək səviyyədə bilik; * Araşdırma və problem həll etmə bacarığı; * Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq. Spotify for Artists, Apple Music for Artists, Musixmatch, Genius və ya musiqi distribusiya sistemləri ilə iş təcrübəsi üstünlükdür. Əməkhaqqı: 500–1200 AZN. Namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilir. İş yeri: Bakı, Binəqədi, Altis Plaza. İş qrafiki: Tam iş günü. (11:00-19:00) Biz yalnız verilən tapşırıqları yerinə yetirən deyil, araşdıran, yeni ideyalar təklif edən və NK Media-nın inkişafına töhfə vermək istəyən əməkdaş axtarırıq.
Brend meneceri tələb olunur | Prayk