İş haqqında məlumat:
Avtomatik kəsim dəzgahlarının təhlükəsiz və düzgün şəkildə idarə olunmasını təmin etmək;Üfüqi çənlərin qaynaq tikişlərinin avtomatik qaynaq avadanlığı vasitəsilə həyata keçirilməsini idarə etmək;Tozaltı qaynaq avadanlığının düzgün sazlanmasını və iş rejiminə uyğun istifadəsini təmin etmək;Qaynaq parametrlərini verilmiş texniki tələblərə və təsdiq edilmiş qaynaq prosedurlarına uyğun tənzimləmək;Qaynaq işləri zamanı avadanlığın düzgün işləməsinə və qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək;Qaynaq işlərində istifadə olunan materialların və sərfiyyat vasitələrinin düzgün istifadəsini təmin etmək;Qaynaq avadanlıqlarının, avtomatik dəzgahların və iş sahəsinin təmizliyini təmin etmək;Qaynaq avadanlıqlarının gündəlik texniki baxışını və əsas texniki qulluq işlərini həyata keçirmək;Avadanlıqlarda aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək;Qaynaq avadanlıqlarını daim istismara hazır vəziyyətdə saxlamaq;İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə ciddi riayət etmək;Qaynaq işlərinin təsdiq edilmiş texnologiyaya, cizgilərə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Tələblər:
Tozaltı qaynaq (SAW) üzrə müvafiq peşə təhsili və ya sertifikat;Avtomatik qaynaq avadanlığı ilə işləmək üzrə praktiki təcrübə;Çənlərin, metal konstruksiyaların və iriölçülü metal məmulatların qaynağında təcrübə;Üfüqi çənlərin qaynaq işləri üzrə təcrübə üstünlükdür;Qaynaq avadanlığının sazlanması və iş parametrlərinin tənzimlənməsi üzrə bilik;Qaynaq prosedurları və texniki tələbləri oxuma və tətbiq etmə bacarığı;Qaynaq avadanlıqlarına gündəlik texniki qulluq və ilkin nasazlıqların müəyyən edilməsi üzrə bacarıq;SƏTƏM və təhlükəsizlik qaydalarını bilməli və onlara riayət etməli;Diqqətli, məsuliyyətli və intizamlı olmalı;Komanda ilə işləmək bacarığı.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 01/10/2026