CFMOTO 675SR-R
Motosiklet ideal vəziyyətdədir. Görünüşünü, rahatlığını və qorunmasını yaxşılaşdırmaq üçün bir sıra əlavələr edilib:
• Karbon görünüşlü dekorativ əlavələr və spoiler
• Yan qoruyucular
• İdman tipli mufta və ön əyləc qolları
• Sükan qoruyucuları
• Qara rəngli ön şüşə
• İdman tipli arxa əyləc işığı (stop)
• Daha rahat, qara rəngli oturacaq
• Təkər oxu qoruyucuları
Quraşdırılan bütün aksesuar və detallar orijinaldır, CF mağazasından alınıb.
Dəyişiklik zamanı motosikletin üzərindən çıxarılan bütün zavod detalları da alıcıya veriləcək. Buraya əvvəlki oturacaq, arxa əyləc işığı, mufta və əyləc qolları, şəffaf ön şüşə və digər çıxarılan detallar daxildir.
Motosiklet TCS — dartmaya nəzarət sistemi, Quickshifter və KYB asqı sistemi ilə təchiz olunub.
Əlavə məlumat və motosikletə baxış üçün əlaqə saxlaya bilərsiniz.