Bu ağıllı simsiz təhlükəsizlik sistemi ev, ofis və kommersiya obyektləri üçün yüksək səviyyəli qoruma və rahat idarəetmə imkanları təqdim edir. Sistem mərkəzi hub, simsiz açarlıq (keyfob), qapı sensoru və PIR hərəkət detektorundan ibarətdir. Hub 150-yə qədər simsiz cihazı dəstəkləyir və 6 siren, 64 keyfob qoşmaq imkanı ilə geniş təhlükəsizlik infrastrukturu qurmağa imkan yaradır. Ethernet və Wi-Fi bağlantısı ilə çalışan sistem TCP/IP, DHCP, NTP və digər şəbəkə protokollarını dəstəkləyir. Mobil tətbiq vasitəsilə uzaqdan arm/disarm idarəetməsi, bildirişlərin izlənməsi və cihaz statusuna nəzarət mümkündür. AES128 şifrələmə texnologiyası məlumat təhlükəsizliyini təmin edir, iki tərəfli simsiz əlaqə isə stabil və etibarlı kommunikasiya yaradır. PIR detektor 12 metr məsafəyə qədər insan hərəkətini aşkarlayır və 18 kq-a qədər heyvan immuniteti sayəsində yalnış siqnalları minimuma endirir. Qapı sensoru qapı və pəncərələrin açılıb-bağlanmasını dəqiq nəzarətdə saxlayır. Sistem video linkage funksiyası ilə təhlükəsizlik kameraları ilə inteqrasiya oluna bilir. 12 saata qədər backup batareya dəstəyi elektrik kəsintilərində fasiləsiz işləməni təmin edir. Uzunömürlü batareyalar, cloud update funksiyası və sadə quraşdırma sistemi gündəlik istifadəni daha rahat edir. CE sertifikatlı korpus və etibarlı simsiz bağlantı bu sistemi müasir təhlükəsizlik həlli kimi ön plana çıxarır.