
Grandmoto Bwsr (limited), 2023 il












1 590 ₼
Grandmoto Bwsr (limited), 2023 il
ПродаетсяПроанализированоБ/уСегодня
ГородBakı
Дата
Номер№1658759
Описание
Grandmoto BWSR (limited) 125cc moped 49cc sənədli
Dəyərli alıcı,
Gözümün nuru motosikletimi maddi sıxıntılardan dolayı satmaq məcburiyyətindəyəm. Motosiklet 2023 cü ildən 49cc gömrük bəyannaməsində qeydiyyatlı bir şəkildə ölkəyə giriş edib. Sənədlər mövcuddur. Mən üçüncü sahibiyəm. Lakin limited şəkildə gəldiyi üçün əslində isə 125cc likdir. Mən 85-90 rahat sürürəm magistral yolda. Seebreez yolunda 100 üzərini də görmüşlüyüm var. Sürətinə və yol tutuşuna söz ola bilməz. Avtomat olması şəhər içi sürənlər üçün rahatlıqdır. İllik texniki baxış və yaxud siğorta dərdiniz yoxdur. Əvvəl heç bir kateqoriya tələbi yox idi lakin son qərardan bu yana A ve ya A1 tələb olunur bildiyim qədərilə.
Motosikletin üzerinə rahat 700₼ dan çox xərc qoymuşam aldığımdan bəri. Birazca səs eşitdiyim üçün redaktorundakı bütün paçemliklərinə qədər krişkasına qədər dəyişdirib ən sağlamlarından qoydurmuşam. Ön və arxa valiatırı da həmçinin yenilənib. Bunları özüm satın aldıqdan sonra etmişəm. Ona görə də hər şeyinə cavabdehəm rahatlıqla. Sadəcə kruşiteli içi istilikdən zaman içinde yanmışdı yenisini almadım qiyməti 70₼ civarındadır. İçini açdırıb təmizlədib qoydurdum üstünə. Belə daha ləzzətli səsi gəldiyi üçün yenisini almadım açığı. Əgər bu sizi narahat edərsə problem deyil onu da dəyişdirib verə bilərəm. Bu qədər zaman məni 1 dəfə olsun yolda qoymayıb sağolsun. Ekonomikliyinə gəldikdə isə 4₼ civarında benzin ilə 2 dəfə şəhərdən Novxanıya gedib gəlmişliyim var özünüz düşünün. Ümumiyyətlə isə bunu aldığımdan elə çox sürmürəm yəni kuriyer motosu kimi çapılmayıb. Sadəcə işə gedib qayıtmışam. Pult sistemi mövcuddur uzaqdan işə düşür. Üzərində çxol da verilir şəkildəki gördükləriniz 1 həftə əvvəl çəkilib. 2 kask veriləcək amma kasklar ürək açan deyil yenisini alsanız yaxşıdır. Hazırda bir biznes qururam və bunun üçün nəyim var nəyim yox satıram ki işə qoyum. Ona görə də qiymət məsələsində çox narahat etməyin sadəcə cuzi bir dəstəyim olmuş olacaq o qədər.
Похожие объявления





Avtomarket Soldiers










