Hyundai Tucson L 2025 satılır. Maşın təzədir, cəmi 10 000 km sürülüb və çox yaxşı vəziyyətdədir.
2.0 mühərrik, 195 at gücü, 350 Nm fırlanma anı, 8 pilləli avtomatik sürətlər qutusu. Qara dəri salon, panorama lyuk, ön və arxa park radarları, arxa görüntü kamerası, adaptiv rahatlıq sistemləri, Smart Key, Start/Stop, Cruise Control, LED işıqlar və 10.25” multimedia ekranı var.
Maşın həm görünüşü, həm də komplektasiyası ilə seçilir. Təzə və az yürüşlü Tucson axtaranlar üçün yaxşı seçimdir. Real alıcılar əlaqə saxlaya bilər.