Neftçilər metrosuna avtobusla 7 dəqiqəlik məsafədə, təmirdən sonra ümumiyyətlə yaşayış olmayan tam yeni təmirli qanuni 3 otaqlı mənzil kirayə verilir. Ev 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Qaz, su, işıq daimidir, mərkəzi istilik sistemi mövcuddur. İki ədəd balkonu var.
Şəkillərdə mətbəx mebeli görünməsə də, 1-2 gün ərzində tam yeni mebel quraşdırılıb ev o şəkildə təhvil veriləcək.
Bina çox sakit və geniş məhəllədədir, həyətində maşın saxlamaq üçün rahat yer var. Ətrafında yaşayış üçün lazım olan hər şey – məktəb, marketlər, uşaq meydançaları və s. yerləşir.
Mənzilin aylıq kirayə haqqı 700 AZN-dir.