

Kombihels pişik və itlərdə göz və qulaqların infeksion-iltihabi xəstəliklərinin effektiv müalicəsi üçün hazırlanmış müasir kombinə olunmuş preparatdır. Tərkibində güclü antibakterial komponent – siprofloksasin və güclü iltihabəleyhinə vasitə – deksametazon birləşdirilmişdir. Bu aktiv maddələrin kombinə olunmuş təsiri infeksiyanı sürətlə aradan qaldırır, iltihabı azaldır və ev heyvanlarının rahatlığını bərpa edir.
1 ml preparatın tərkibində:
Siprofloksasin hidroxlorid – 0,0035 q
Deksametazon – 0,001 q
Preparat aşağıdakı hallarda pişik və itlərdə istifadə olunur:
Siprofloksasinə həssas mikroorqanizmlərin törətdiyi göz və qulaq infeksion-iltihabi xəstəliklərinin müalicəsində;
Gözün ön şöbəsinin bakterial infeksiya ilə ağırlaşmış allergik proseslərində;
Əməliyyatdan sonrakı dövrdə iltihabın profilaktikası və müalicəsi məqsədilə.
Preparat konyunktival kisəyə və ya qulaq keçəcəyinə hər dəfə 1–2 damcı, gündə 2–3 dəfə damızdırılır.
Müalicə müddəti adətən 2–3 həftəni keçmir. Müalicənin davametmə müddəti preparatın effektivliyinə, xəstəliyin klinik əlamətlərinə və mümkün yan təsirlərin yaranma ehtimalına əsasən baytar həkim tərəfindən müəyyən edilir.














