İş haqqında məlumat:
Sofcon Group olaraq Satınalma komandamızı genişləndiririk. Bu istiqamətdə inkişaf etmək və peşəkar təcrübə qazanmaq istəyən namizədləri Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməyə dəvət edirik.Vəzifə öhdəlikləri:Satınalma sifarişlərinin qəbulu və icrasında iştirak etmək;Potensial təchizatçıların araşdırılması və uyğun təkliflərin toplanmasını həyata keçirmək;Qiymət təkliflərini müqayisə etmək və müvafiq hesabatları hazırlamaq;Təchizatçılarla yazılı və şifahi danışıqlar aparmaq;Satınalma sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək;Sifarişlərin icra vəziyyətini izləmək və aidiyyəti şəxslərə məlumat vermək;Texniki heyət və digər struktur bölmələrlə koordinasiyalı şəkildə çalışmaq.
Tələblər:
Yaş: 21–30;Qadın və bəy namizədlər;Mühəndislik və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;Satınalma və ya əlaqəli sahədə 1 ilədək iş təcrübəsi arzuolunandır;Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;İngilis dili – C1 səviyyəsində sərbəst danışıq bacarığı (mütləqdir);Rus dili – əla səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;MS Office proqramlarında işləmək bacarığı;Texniki heyətlə effektiv ünsiyyət qurmaq bacarığı;Operativlik, dəqiqlik və yüksək məsuliyyət hissi;Komandada işləmək bacarığı;Satınalma sahəsində inkişaf etməyə və öyrənməyə yüksək motivasiya.İş şəraiti:İş yeri: Caspian Plaza, Sofcon Group;İş qrafiki: 5 günlük qrafik;İş saatları: 09:00–18:00;Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 02/10/2026